Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Olena Xarçenko Türkiyə çempionatında çıxışını yekunlaşdırıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Çukurova BLD. Adana Demirspor" sonuncu, 26-cı turda "Vakıfbank"la üz-üzə gəlib. 

Oyun güclü rəqibin üstünlüyü ilə keçib. 3 set davam edən matçda Olena və rəfiqələri quru hesabla uduzublar - 0:3 (19:25, 21:25, 21:25). 

Adana təmsilçisinin xalsız qaldığı görüşdə millimizin üzvü meydana çıxmayıb. 

Beləliklə, "Çukurova BLD. Adana Demirspor" 30 xalla 9-cu yeri tutaraq pley-offa yüksələ bilməyib və birincilikdəki çıxışını başa vurub.