Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Kristina Besman Rusiya çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, toppaylayıcımızın formasını geyindiyi "Tulitsa" 8-ci turda Kazanın "Dinami-Ak Bars" klubunun qonağı olub.

Görüş voleybolçumuzun komandası üçün yaxşı keçməyib. 3 hissə davam edən matçda Kristina və rəfiqələri quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (16:25, 20:25, 20:25).

"Tulitsa"nın xalsız qaldığı səfər qarşılaşmasında millimizin üzvü bir dəfə fərqlənib. Besman bu xalı blokda qazanıb.