Voleybol üzrə Rusiya çempionatında qadınların mübarizəsində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Kristina Besmanın formasını geyindiyi "Yenisey" 12-ci turda Belarusun "Minsk" klubunun qonağı olub. 

Səfər qarşılaşması voleybolçumuzun komandası üçün uğursuz alınıb. Kristina və rəfiqələri 4 set davam edən matçda 1:3 (21:25,9:25, 25:23, 12:25) hesabı ilə uduzublar. 

Komandasının yenə xalsız qaldığı görüşdə yığmamızın oyunqurucusu bir dəfə eyslə fərqlənib. 

Qeyd edək ki, 12 turdan sonra hesabında 4 xalı olan "Yenisey" turnir cədvəlində sonuncu pillədədir.