Yığmamızın üzvü yenə Rumıniyada qaldı
- 30 İyl 2024 10:36
- 421
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Rubanın yeni komandasının adı bəlli olub. "Rekord.az" xəbər verir ki, hücumçumuz karyerasını yenə Rumıniyada davam etdirəcək.
Təcrübəli voleybolçumuz Rumıniyanın "Alba Blaj" klubu ilə razılığa gəlib. O, ən azı bir il bu komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Ruban son iki mövsümü Rumıniyanın digər klubu "CSM Lugoj"da keçirilib. İlk mövsümdə "CSM Lugoj"la dörd medal qazanan voleybolçumuz, ötən mövsümü mükafatsız başa vurub.