Yığmamızın üzvü yenidən vətəndə çıxış edəcək
- 13 May 2020 12:29
- 869
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Yuliya Kərimovanın yeni klubunun adı bəlli olub. "Rekord.az" xəbər verir ki, 35 yaşlı liberomuz karyerasını vətəndə davam etdirəcək.
Kərimova 2020/2021 illər mövsümündə Bakının "Azərreyl" klubunun şərəfini qoruyacaq.
Voleybolçumuz ölkə birinciliyi ilə yanaşı, avrokubokda da komandamızın uğurları üçün çalışacaq.