Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Şəfaqət Alışanova Yunanıstan çempionatının növbəti turunda meydana çıxıb. "Rekord.az" xəbər verir ki, təcrübəli oyunqurucumuzun şərəfini qoruduğu "Parfiras" klubu "Markopoulo" kollektivi ilə üz-üzə gəlib.

Doğma meydanda baş tutan görüş Şəfaqət və rəfiqələrl üçün uğursuz alınıb. Qarşılaşmaya yaxşı başlayan "Parfiras" ilk setdə qalib gəlsə də, sonradan təşəbbüsü əldən verib. Ardıcıl 3 hissəni uduzan voleybolçumuz komandası bu matçdan 1:3 hesablı məğlubiyyətlə ayrılıb. 

Koamandasının xalsız qaldığı oyunda toppaylayıcımız 1 dəfə fərqlənib.