Yığmamızın üzvünün komandası çətinlik çəkmədi
- 30 Noy 2020 12:01
- 767
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kristina Yaqubova Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun formasını geyindiyi "Lipeçk" 13-cü turda "Lokomotiv"lə qarşılıb.
Doğma meydanda keçirilən görüş "Lipeçk" üçün yaxşı başlayıb. ilk setdən təşəbbüsü ələ alan Yaqubova və rəfiqələri üstünlüklərini sonadək qoruyublar. Rəqibə heç bir şans verməyən voleybolçumuzun komandası quru hesablı qələbəni bayram edib - 3:0 (25:12, 25:22, 25:20).
Komandasının çətinlik çəkmədən aktivinə növbəti 3 xalı yazdırdığı oyunda Yaqubova əvəzetmə ilə çıxış edib. Toppaylayıcımız meydanda olduğu müddətdə xal qazanmayıb.