Yığmamızın üzvünün şərəfini qoruduğu və bir neçə oyunçusunda koronavirus aşkarlanan Türkiyə klubu məşqləri bərpa edib
- 08 Sen 2020 11:39
- 884
Türkiyənin "Sarıyer Belediyespor" klubunda forma geyinən voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova və komanda yoldaşları yeni mövsüm öncəsi məşqlərə yenidən start veriblər. "Rekord.az" xəbər verir ki, bir neçə gün əvvəl koronovirus testindən keçirilən zaman komandanın 8 üzvünün nəticəsi pozitiv çıxmışdı.
Testinin cavabı neqativ çıxan Ayşən və digər oyunçular bir neçə gün karantində qaldıqdan sonra yenidən test olunublar. Bu dəfə daha bir oyunçuda koronavirus aşkarlanıb.
Neqativ nəticəsi olan voleybolçular isə hazırda məşqlərə davam edirlər. Virus aşkarlanan oyunçuların müalicəsi davam etdirilir.