Monteneqro millisinin hücumçusu Stevan Yovetiç Almaniyanın “Herta” klubundan ayrılıb.

Rekord.az xəbər verir ki, 33 yaşlı futbolçu Bundesliqanı tərk edən komandada qalmaq istəməyib.

Təcrübəli forvard komandası üçün uğursuz alınan mövümdə Bundesliqada 17 matça çıxıb, 4 qol vurub. “Herta” isə 34 oyuna cəmi 29 xal toplayaraq 18 iştirakçı arasında sonuncu yeri tutub və ikinci Bundesliqaya düşüb.

Yovetiç 2021-ci ilin yayında “Monako”dan “Herta”ya keçmişdi. O, Bundesliqa təmsilçisində bütövlükdə 40 matça çıxıb, 11 qol vurub.