
Yüksək Liqada 13-cü tura start verilir
- 22 Mar 2025 12:40
- 91
Bu gün futzal üzrə Yüksək Liqada 13-cü tura start verilir.
Rekord.az xəbər verir ki, bu gün bir görüş baş tutacaq.
Martın 25-dən 30-dək Avropa çempionatının əsas mərhələsinin oyunlarında iştirak edəcək U-19 yığmamız bu gün lider “Baku Fire” ilə qarşılaşacaq.
“Yasamal Bakı” - “Neftçi” İK İB və “Şuşa” – “Araz-Naxçıvan” oyunları martın 27-də keçiriləcək.
U-19 – Baku Fire
Hakimlər: Knyaz Əmiraslanov, Elgün Hüseynov, Əli Cəbrayılov.
Hakim-inspektor: Elçin Səmədli.
22 mart. Olimpik Star. Saat 16:00.