Bu gün futzal üzrə Yüksək Liqada 13-cü tura yekun vurulacaq.


Sports.az xəbər verir ki, son gündə iki oyun baş tutacaq.


“Yasamal Bakı” “Neftçi”ylə, “Şuşa” isə “Araz-Naxçıvan”la üz-üzə gələcək.


Turun ilk oyunu martın 22-də “Baku Fire” ilə U-19 millimiz arasında baş tutub və birincilərin 3:1 hesablı qələbəsiylə yekunlaşıb.


Yasamal Bakı - Neftçi İK İB

Hakimlər: Vüsal Balaşov, Ramil Namazov, Nihad Bağırov

Hakim-inspektor: Ramiz Əsədov

27 mart. Olimpik Star. Saat 14:00.


Şuşa - Araz-Naxçıvan

Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, Anar Fərəcov

Hakim-inspektor: Murad Məmmədov

27 mart. Olimpik Star. Saat 16:00.