Yüksək Liqada 3-cü dövrə başa çatdı
- 05 Apr 2022 10:09
- 484
Voleybol üzrə ölkə çempionatında kişilərin mübarizəsində növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Yüksək Liqada III dövrənin son turunun oyunları keçirilib.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan XV turun ilk matçında çempionatın liderləri “Neftçi” və “Murov” üz-üzə gəlib. Görüşün gərgin keçəcəyi gözlənilsə də, Fərid Cəlalovun komandası asan qələbəyə sevinib. İlk seti 25:20 hesabı ilə qalib gələn "Murov" növbəti hissələrdən də 25:23 və 25:20 hesabı ilə üstün ayrılıb - 3:0.
III dövrənin son matçında isə “Sərhədçi” və "MOİK" görüşüb. "MOİK" rəqibini üç setdə məğlub edərək dövrəni qələbə ilə başa vurub - 3:0 (25:12, 25:14, 25:19).
Beləliklə, üç dövrədən sonra “Murov” 32 xalla turnir cədvəlinə liderliyini davam etdirir. Onlardan 4 xal geri qalan “Neftçi” xalla ikinci pillədədir. Bu gün qalib gələn "MOİK" 21 xalla üçüncüdür. Bu turda istirahət edən “Ekspress”in 6, “Sərhədçi”nin isə 3 xalı var.