Yüksək Liqada daha bir oyun keçirilib
- 09 Fev 2024 15:20
- 232
Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun baş tutub. GİN-in Voleybol Mərkəzində “Neftçi” və “AZERRAIL” klubları üz-üzə gəliblər.
Gərgin keçən ilk iki hissədə “AZERRAIL” rəqibindən daha yaxşı oynayıb və 2:0 hesabı ilə irəli keçib. Boris Qrebennikovun yetirmələri üstünlüklərini növbəti setdə də davam etdirib və qarşılaşmadan 3:0 hesabı ilə qalib ayrılıblar.
Beləliklə, “AZERRAIL” 21 xalla (7 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal”ın 18 xalı (7 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), Neftçi”nin 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.
8 fevral
Yüksək Liqa
“Neftçi” - “AZERRAIL” 0:3 (24:26, 24:26, 15:25)