Yüksək Liqada ilin ilk oyunları baş tutub
- 00:44
- 66
Yüksək Liqada yeni ilin ilk qarşılaşmaları keçirilib. "Rekord.az" xəbər verir ki, ilin ilk oyunları kişi voleybolçular arasında olub.
IV turun iki qarşılaşması yanvarın 7-də, sonuncu oyunu isə bu gün baş tutub. MOİK “AZERRAIL” ilə, “Murov Az Terminal” isə “Xilasedici” komandası ilə üz-üzə gəlib. Hər iki oyunda 3:0 hesabı qeydə alınıb. “AZERRAIL” MOİK-i, “Murov Az Terminal” isə “Xilasedici” komandasını quru hesabla məğlub edib.
Turun son oyununda isə "Nefrçi” komandası “Gənclər”lə üz-üzə gəlib. Bu oyunda çempionatın debütantı "Gənclər" güclü rəqibinə ciddi müqavimət göstərə bilib. Bununla belə, daha təcrübəli oyunçulardan ibarət "Neftçi" 3:1 hesabı ilə qələbə qazanıb.
Yüksək Liqa
IV tur
7 yanvar
MOİK - “AZERRAIL” 0:3 (12:25, 10:25, 14:25)
“Murov Az Terminal” - “Xilasedici” 3:0 (25:21, 25:19, 25:16)
8 yanvar
“Neftçi” - “Gənclər” 3:1 (25:21, 25:20, 19:25, 25:20)