Yüksək Liqada ilin ilk oyunu baş tutub
- 12 Yan 2023 23:32
- 454
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2023-cü ilin ilk oyunu keçirilib. "Rekord.az" xəbər verir ki, Voleybol Mərkəzində baş tutan görüşdə MOİK-“Murov”la üz-üzə gəlib.
II tur çərçivəsində təşkil olunan qarşılaşmanın ilk setini 25:15 hesablı üstünlüklə bitirən Fərid Cəlalovun yetirmələri ikinci hissəni 14 top fərqi ilə qazanıblar. “Murov” üçüncü setdə isə 25:17 hesabı ilə qalib gələrək rəqibini 3:0 hesabı ilə məğlub edib.
Beləliklə, bu oyundan sonra aktivindəki xalların sayını 6-ya çatdıran “Murov” turnir cədvəlində ilk pilləyə yüksəlib. 3 xalla “Xarı bülbül” turnir cədvəlində 2-ci , xal qazanmayan “Neftçi” və "MOİK" komandaları isə 3-cü və 4-cü pillələri tuturlar.
12 yanvar
Yüksək Liqa
II tur
"MOİK" - “Murov” 0:3 (15:25, 11:25, 17:25)