Yüksək Liqada növbəti final oyunları baş tutub
- 14 Apr 2023 00:48
- 361
Voleybol üzrə kişilər arasında Azərbaycan birinciliyində final mərhələsinin növbəti oyunları baş tutub. "Rekord.az" xəbər verir ki Voleybol Mərkəzində “Murov” və “Xarı bülbül” çempionluq, "MOİK" və “Neftçi” isə üçüncülük yolunda bir daha meydana çıxıblar.
Günün ilk qarşılaşması “Murov” və “Xarı bülbül” klubları arasında olub. Cütün ilk matçında 3:1 hesabı ilə qələbə qazanan “Murov” bu oyunda 3:0 (25:18, 25:18, 25:16) hesabıyla qalib gəlib.
Daha sonra meydana "MOİK" və “Neftçi” komandaları çıxıblar. Cütün ilk görüşündə quru hesabla qalib gələn “Neftçi” bu dəfə "MOİK"in daha ciddi müqaviməti ilə rastlaşıb. Bununla belə, "Neftçi" rəqibini 3:1 (16:25, 25:23, 25:17, 25:23) hesabı ilə məğlub edərək bürünc medala bir qədər də yaxınlaşıb.
Qeyd edək ki, ölkə birinciliyinin reqlamentinə əsasən komandalar üç qələbəyədək mübarizə aparır. Bu mərhələnin növbəti qarşılaşmalarının tarixləri ilə bağlı məlumat veriləcək.
Yüksək Liqa
2-ci oyunlar
"Murov" - "Xarı bülbül" 3:0 (25:18, 25:18, 25:16)
"MOİK" - "Neftçi" 1:3 (25:16, 23:25, 17:25, 23:25)
1-ci oyunların nəticələri
"Xarı bülbül" - "Murov" 1:3 (25:20, 20:25, 19:25, 17:25)
"Neftçi" - "MOİK" 3:0 (25:19, 25:18, 26:24)