Voleybol üzrə qadın və kişilər arasında Azərbaycan çempionatlarında növbəti final oyunlarının vaxtları bəlli olub. "Rekord.az" xəbər verir ki, aprelin 13-də kişi voleybolçuların Yüksək Liqasında ikinci bürünc medal və final matçları baş tutacaq.

Həmin gün çempionluq üçün yarışan "Murov" və "Xarı bülbül" komandaları saat 16:00-da, üçüncülük uğrunda mübarizə aparan "Neftçi" və MOİK klubları isə iki saat sonra meydana çıxacaqlar. Birincilərin ilk qarşılaşmasında "Murov" 3:1, ikincilərdə isə "Neftçi" 3:0 hesabı ilə qələbə qazanaraq üstünlük əldə ediblər.

Qadın voleybolçuların növbəti üçüncülük uğrunda və final matçları aprelin 14-də keçiriləcək. İlk olaraq "Abşeron" və "Azərreyl" çempionluq yolunda yarışacaqlar. Görüş saat 15:00-da start götürəcək. Ardınca isə bürünc mükafatçını müəyyənləşdirməyə çalışan UNEC və "Murov" kollektivləri meydana çıxacaqlar. Bu komandaların ilk qarşılaşmaları bu gün baş tutacaq.

Qeyd edək ki, Yüksək Liqaların reqlamentinə əsasən komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparacaqlar. Ehtiyac yaranacağı təqdirdə dördüncü və beşinci qarşılaşmalar təşkil olunacaq.

 

Yüksək Liqa (kişilər)

Final və bürünc medal uğrunda

13 aprel

2-ci oyunlar

   16:00 "Murov" - "Xarı bülbül" (CBC sport-canlı)

   18:00 MOİK - "Neftçi"

 

Yüksək Liqa (qadınlar)

Final və bürünc medal uğrunda

14 aprel

2-ci oyunlar

   15:00 "Abşeron" - "Azərreyl"

   17:00 UNEC - "Murov"