Yüksək Liqada növbəti oyun keçirilib
- 03 Mar 2023 22:32
- 404
Kişi voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub. "Rekord.az" xəbər verir ki, bugünkü qarşılaşma ilə Yüksək Liqada IV dövrə start götürüb.
Voleybol Mərkəzində təşkil olunan X turda “Xarı bülbül” klubu "MOİK"lə üz-üzə gəlib. 4 set davam edən matç Şuşa komandasının üstünlüyü ilə başa çatıb - 3:1.
Qeyd edək ki, X turun digər oyunu, “Neftçi” - “Murov” qarşılaşması isə baş tutmayıb. “Neftçi” klubu oyuna çıxmadığına görə matçın hakimləri və oyunun supervayzeri qaydalara uyğun olaraq komandaya texniki məğlubiyyət veriblər.
Beləliklə, X turdan sonra Azərbaycan Yüksək Liqasında “Murov” 29 xalla turnir cədvəlində birincidir. 18 xala malik “Xarı bülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.
Yüksək Liqa
3 mart
X tur
“Neftçi” - “Murov” 0:3 (texniki məğlubiyyət)
“Xarı bülbül” - MOİK 3:1 (25:19, 24:26, 25:17, 25:17)