Yüksək Liqada növbəti oyun keçirilib
- 18 Noy 2023 19:19
- 259
Bu gün GİN-nin Voleybol Mərkəzində qadın voleybolçular arasında Yüksək Liqada növbəti oyun keçirilib. UNEC ölkə birinciliyində ilk dəfə çıxış edən "Milli Aviasiya Akademiyası" komandası ilə qarşılaşıb.
Oyun debütantın üstünlüyü ilə keçib. İlk setdə 25:16 hesabı ilə qalib gələn akademiya komandası növbəti hissələrdə də rəqibindən üstün oyun göstərib və meydançadan 3:0 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, çempionatda növbəti qarşılaşma noyabrın 21-də Gəncə şəhərində “Gəncə” və “Murov Az Terminal” komandaları arasında olacaq.
18 noyabr
Yüksək Liqa (qadınlar)
UNEC - Milli Aviasiya Akademiyası 0:3 (16:25, 14:25, 7:25)