Yüksək Liqada növbəti oyunlar keçirilib
- 18 Dek 2023 22:19
- 287
Bu gün həm qadınlar, həm də kişilər arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, günün ilk qarşılaşması kişilər arasında olub. GİN-nin Voleybol Mərkəzində baş tutan oyunda “Xarı Bülbül Laçın” və Neftçi” klubları üz-üzə gəliblər. Oyuna Laçın komandası daha yaxşı başlasa da sonda sevinən Pərviz Səmədovun yetirmələri olub - 3:1.
Günün ikinci qarşılaşması isə qadın voleybolçulardan ibarət “Abşeron” və UNEC kollektivləri arasında keçirilib. UNEC VK-nun idman zalında baş tutan oyun “Abşeron”un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Abşeron” 18 xalla turnir cədvəlinə liderlik edir. “AZERRAIL” 15 xalla 2-ci, ”Murov Az Terminal” 12 xalla 3-cü, 9 xalı olan “Gəncə” 4-cü, 3 xalı olan”Milli Aviasiya Akademiyası” 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədədir.
Kişilərin Yüksək Liqasında isə “Xarı Bülbül Şuşa” 16 xalla turnir cədvəlinə liderlik edir. 14 xalı olan “AZERRAIL” 2-ci, 13 xalla “Murov Az Terminal” 3-cü, “Neftçi” 7 xalla 4-cü, “Xarı Bülbül Laçın” 4 xalla 5-ci, xalı olmayan MOİK isə 6-cı yerdədir.
18 dekabr
Yüksək Liqa (kişilər)
“Xarı Bülbül Laçın” - “Neftçi” 1:3 (25:12, 17:25, 21:25, 24:26)
Yüksək Liqa (qadınlar)
UNEC - “Abşeron” 0:3 (7:25, 19:25, 16:25)