Yüksək Liqada növbəti oyunlar keçirilib
- 21 Yan 2025 21:52
- 48
Qadın voleybolçular arasında Yüksək Liqada VII turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, 7-ci turun hər üç oyunu Bakıda baş tutub.
Bu gün GİN-nin Voleybol Mərkəzində ilk olaraq “Murov Az Terminal” və “AZERRAIL” komandaları qarşılaşıblar. 5 set davam edən matçda “Murov Az Terminal” 3:2 hesabı ilə qalib gəlib.
Eyni məkanda baş tutan ikinci oyunda “Milli Aviasiya Akademiyası” klubu “Gəncə”ni 3:0 hesabı ilə məğlub edib.
UNEC VK-nın idman zalında təşkil olunan görüşdə isə “Abşeron” klubu UNEC üzərində 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, növbəti turun oyunları yanvarın 28-də keçiriləcək.
Yüksək Liqa
21 yanvar
VII tur
“Murov Az Terminal” - “AZERRAIL” 3:2 (25:22, 24:26, 25:27, 25:17, 15:13)
UNEC - “Abşeron” 0:3 (8:25, 16:25, 9:25)
“Milli Aviasiya Akademiyası” - “Gəncə” 3:0 (25:11, 26:24, 25:19)