
Yüksək Liqada növbəti oyunlar keçirilib
- 12 Apr 2025 17:18
- 44
Kişi voleybolçular arasında Yüksək Liqada XIX turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
XIX tur çərçivəsində Sumqayıt OİK-də “Gənclər” komandası “Neftçi”lə, FHN-nin idman zalında “Xilasedici” klubu “Murov Az Terminal”la, GİN-nin Voleybol Mərkəzində isə “AZERRAIL” MOİK-ilə üz-üzə gəlib. Bu oyunlarda müvafiq olaraq "Neftçi", "Murov Az Terminal" və "AZERRAIL" klubları qalib gəliblər.
Yüksək Liqa
11 mart
XIX tur
“Gənclər” - “Neftçi” 0:3 (17:25, 20:25, 28:30)
“Xilasedici” - “Murov Az Terminal” 2:3 (25:21, 25:18, 25:27, 21:25, 13:15)
“AZERRAIL” - MOİK 3:0 (25:15, 25:12, 25:16)