Yüksək Liqada növbəti oyunların vaxtı bəlli oldu
- 22 Noy 2023 10:51
- 286
Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib. "Rekord.az" xəbər verir ki, ölkə çempionatının növbəti matçları noyabrın 22-də və 23-də təşkil olunacaq.
Bu gün "MOİK" Yüksək Liqadakı növbəti matçında “Neftçi” ilə üz-üzə gələcək. Oyun saat 18:00-da başlayacaq.
Noyabrın 23-də isə ilk olaraq meydana “Azərreyl” və “Murov Az Terminal” komandaları çıxacaq. Matç saat 16:00-da başlayacaq. Günün növbəti qarşılaşması isə “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları arasında olacaq. Saat 19:00-da başlayacaq bu oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Hər üç görüş GİN-nin Voleybol Mərkəzində təşkil olunacaq.
Yüksək Liqa (kişilər)
22 noyabr
18:00 "MOİK" - “Neftçi”
23 noyabr
16:00 “AZERRAIL” - “Murov Az Terminal”
19:00 “Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın”