![](https://www.rekord.az/images/default.png)
Yüksək Liqada növbəti tur baş tutub
- 13 Fev 2025 23:29
- 39
Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, 10-cu turun bütün qarşılaşmaları GİN-nin Voleybol Mərkəzində baş tutub.
MOİK “Gənclər”lə, “Neftçi” klubu “Xilasedici”, "Murov Az Terminal" isə "AZERRAIL" ilə üz-üzə gəlib.
Turun ilk qarşılaşmasında Cavid Süleymanovun komandası 3:1 hesabı ilə “Gənclər”i məğlub edib. “Neftçi” və “Xilasedici” oyunu gərginliyi ilə yadda qalıb. Bu matçda qalib tay-brekdə müəyyən olunub. “Xilasedici” komandası 3:2 hesabı ilə “Neftçi”yə qalib gəlib. Turun son oyununda “AZERRAIL” klubu "Murov Az Terminal" üzərində 3:0 hesablı qələbə qazanıb.
Yüksək Liqa
X tur
MOİK - “Gənclər” 3:1 (25:21, 25:23, 21:25, 25:15)
“Neftçi” - “Xilasedici” 2:3 (25:22, 31:33, 29:27, 18:25, 12:15)
“Murov Az Terminal” - “AZERRAIL”