Kişi voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilib. "Rekord az" xəbər verir ki, 11-ci turun hər üç qarşılaşması bu gün baş tutub.

Bu tur çərçivəsində “Gənclər” “Xilasedici”lə, “Murov Az Terminal” komandası MOİK-lə, “Neftçi” isə “AZERRAIL” klubu ilə üz-üzə gəlib. 

Hər üç qarşılaşmada qalib 3 setdə müəyyən olunub. 

Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları fevralın 25-də keçiriləcək.

Yüksək Liqa

XI tur

18  fevral 

   “Murov Az Terminal” - MOİK 3:0 (25:15, 25:16, 25:7)

   “Gənclər” - “Xilasedici” 0:3 (10:25, 21:25, 20:25)

   “Neftçi” - “AZERRAIL” 0:3 (22:25, 20:25, 19:25)