Yüksək Liqada təxirə salınmış oyun keçirilib
- 10 Fev 2022 10:49
- 522
Kişi voleybolçular arasında ölkə birinciliyində növbəti qarşılaşma baş tutub. "Rekord.az" xəbər verir ki, Yüksək Liqada 3-cü turdan təxirə salınan "Sərhədçi" - "Murov" oyunu keçirilib.
"Murov" voleybol klubunun idman zalında baş tutan qarşılaşma Fərid Cəlalovun komandasının üstünlüyü ilə başlayıb. İlk hissədə 25:20 hesabı ilə qalib gələn “Murov” sonrakı setləri də aktivinə yazıb - 25:18, 25:12.
Beləliklə, "Murov" 3:0 (25:20, 25:18, 25:12) hesablı qələbədən sonra xallarının sayını 6-ya çatdırıb. "Sərhədçi"nin isə hələ də xalı yoxdur. "Neftçi" komandasının 6, MOİK və "Ekspress" komandalarının isə hərəyə 3 xalı var.
Xatırladaq ki, fevralın 12-də isə V turun matçları keçiriləcək. Günə saat 15:00 –da "Neftçi" - "Sərhədçi" qarşılaşması ilə start veriləcək. Ardınca saat 17:00-da "MOİK" - "Ekspress" matçı başlayacaq.