Yüksək Liqada yarımfinal mərhələsinə start verilib
- 30 Mar 2023 23:45
- 347
Kişi voleybolçuların ölkə çempionatında yarımfinal mərhələsi start götürüb. "Rekord.az" xəbər verir ki, Yüksək Liqası bu etapında “Murov”la MOİK, “Xarı bülbül” komandası ilə “Neftçi”qarşılaşıb.
Günün ilk matçı “Murov” və MOİK komandaları arasında olub. Görüş “Murov”un üstünlüyü ilə başlayıb. Fərid Cəlalovun komandası rəqibindən üstün oyun göstərərək sonrakı hissələrdə də qalib gəlib. Beləliklə “Murov” yarımfinalda ilk qələbəsini qazanıb.
Günün digər qarşılaşmasında “Xarı bülbül"lə “Neftçi” üz-üzə gəlib. Oyuna daha yaxşı başlayan "Xarı bülbül" ilk iki seti öz xeyrinə yekunlaşdırıb. Növbəti hissədə "Neftçi" qələbə qazanaraq ümumi hesabı azalda bilib. Lakin təşəbbüsü yenidən ələ alan Şuşa təmsilçisi meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə kimi, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
Yüksək Liqa
Yarımfinal (birinci oyun)
“Murov” - MOİK 3:0 (25:20, 25:18, 25:14)
“Xarı bülbül” - “Neftçi” 3:1 (25:22, 25:17, 21:25, 25:19)