
Yüksək Liqanın "Ən yaxşı oyunçu"ları bəlli oldu
- 24 Apr 2025 23:33
- 39
Qadın voleybolçuların Yüksək Liqasının ən yaxşı oyunçuları və Rəmzi komandası (“Dream team”) bəlli olub. "Rekord.az" xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında keçirilən final qarşılaşması ilə Azərbaycan çempionatına yekun vurulub.
Oyundan dərhal sonra qalib komandalara medal və kuboklar təqdim olunub. Həmçinin Yüksək Liqanın ən yaxşı oyunçuları və Rəmzi komandası müəyyənləşib.
Mükafatları Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev təqdim edib.
Qadın voleybolçular arasında Yüksək Liqada fərqlənən oyunçular:
“Ən dəyərli oyunçu” (MVP) – Anastasiya Shupianova ("AZERRAIL")
“Ən gənc və perspektivli oyunçu” - Sona Atayeva (“Milli Aviasiya Akademiyası”)
Rəmzi komanda:
“Ən yaxşı toppaylayıcı” – Kveta Grabovska ("AZERRAIL")
“Ən yaxşı hücumçu” – Nikalina Başnakova (“Abşeron”)
“Ən yaxşı hücumçu” – Daniela Djakovic (“Milli Aviasiya Akademiyası”)
“Ən yaxşı libero” – Yuliya Kərimova (“Gəncə”)
“Ən yaxşı orta oyunçu”– Anastasiya Mertlasova (“Abşeron”)
“Ən yaxşı orta oyunçu”– Vera Klimovich (“Milli Aviasiya Akademiyası”)
“Ən yaxşı diaqonal oyunçu” - Katerina Zhidkova (“Abşeron”)