Yunan-Roma güləşi üzrə millimiz Türkiyə yığmasıyla birgə hazırlaşır
- 10 Yan 2021 21:00
- 866
Yunan-Roma güləşi üzrə millimiz yanvarın 5-dən İstanbulda təlim-məşq toplanışı keçir.
Rekord.az xəbər verir ki, Türkiyə yığmasıyla birgə təşkil olunan hazırlıq prosesi yanvarın 16-dək davam edəcək.
Məşqlər İstanbulun Sarıyer bölgəsində yerləşən Mersinli Ahmet adına təlim-məşq mərkəzində keçirilir. Komandamız baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır.
Qeyd edək ki, millimiz toplanışı başa vurduqdan sonra Fransanın Nitsa şəhərinə yollanaraq ilin ilk beynəlxalq turniri olan Henri Deqlan qran-prisində iştirak edəcək.