Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə veteranlar arasında şimal regionunun ilk dünya çempionu Şəkərxan Əlismanovun şərəfinə həsr olunmuş 2008, 2009, 2010-cu il təvəllüdlü idmançılar arasında yunan-Roma güləşi üzrə Qusar rayon açıq birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, birinciliyin açılışında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov, yunan-Roma güləşi üzrə veteranlar arasında şimal regionunun ilk dünya çempionu Şəkərxan Əlismanov, Azərbaycan Güləş Federasiyasının hakimlər kollegiyasının sədri Qərib Əliyev, Azərbaycan Güləş Federasiyası Şimal regionunun baş məşqçisi Aydın Süleymanov iştirak etmişlər.

Yarışda Lənkəran, Masallı, Göyçay, Bakı, Sumqayıt, Quba, Qusar, Abşeron və digər rayonlardan 100-ə yaxın idmançı 11 çəki dərəcəsində mübarizə aparmışdır.