Yüngül atletika üzrə məşqçilər üçün birinci dərəcəli kurslar keçirilir
- 20 Dek 2022 10:30
- 486
Yüngül atletika üzrə məşqçilər üçün birinci dərəcəli kurslar keçirilir.
Azərbaycan Yüngül Atletika Federasiyasından Rekord.az-a verilən məlumata görə, Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən kursun açılış mərasimində şıxış edən Azərbaycan Atletika Federasiyasının Baş katibi Məhərrəm Sultanzadə iştirakçılara kursun əhəmiyyəti haqda məlumat verdi.
Bildirildi ki, kursun mühazirəçiləri 1-ci dərəcəli beynəlxalq mühazirəçilər Hakim İbrahimov və Qılınc Əhmədovdur. Kursun proqramına daxil olan nəzəri hissə Milli Olimpiya Komitəsində, praktiki hissə isə Respublika Olimpiya Mərkəzində keçiriləcək. Atletika üzrə məşqçilər üçün birinci dərəcəli kurslarda Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Gəncə, Xaçmaz, İmişli, Mingəçevir, Quba, Qusar və Bakıdan olmaqla ümumilikdə 20 nəfər iştirak edir. Qeyd edək ki, kursun sonunda uğurla imtahandan keçən iştirakçılar 1-ci dərəcəli məşqçilər sertifikatını əldə edə biləcəklər.