Yurçeviç istefaya göndərildi!
- 13 Dek 2019 12:16
- 1048
Futbol üzrə milli komandanın baş məşqçisi Nikola Yurçeviç istefaya göndərilib. "Rekord.az" xəbər verir ki, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub.
İlk olaraq xorvatiyalı mütəxəssisin il ərzində gördüyü işlər barədə hesabatı dinlənib. Ancaq məşqçinin dedikləri Komitə üzvlərini qane etməyib. Qeyd olunub ki, AÇ-2020-nin seçmə qrup mərhələsində cəmi 1 xalın yığılması qənaətbəxş nəticə deyil.
Nikola Yurçeviç millinin baş məşqçisi postuna bu ilin fevralında gətirilmişdi.