Azərbaycan atleti Anna Yusupova marafon qaçışı üzrə ölkə rekorduna imza atıb.

Rekord.az xəbər verir ki, idmançı buna Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Marathon" yarışında nail olub.

Yusupova məsafəni 2 saat 42 dəqiqə 32 saniyəyə qət edərək 12-ci yeri tutub.