“Yuventus” futbolçusunu Qətər klubuna satdı
- 25 Dek 2019 11:41
- 679
“Yuventus”un futbolçusu Mario Mandzukiç karyerasını Qətərdə davam etdirəcək.
Rekord.az xəbər verir ki, 33 yaşlı hücumçu “Əl Duhail” klubuna keçib.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Xorvatiyalı forvard yeni klubu ilə 1,5 illik müqaviləyə imza atıb.
Xorvatiya mətbuatının yazdığına görə, Mandzukiç bu ilyarım ərzində 10,5 milyon avro qazanacaq.
Xorvatiya millisinin sabiq forvardı karyerası ərzində “Dinamo” (Zaqreb), “Volfsburq”, “Bavariya”, “Atletiko” (Madrid) klublarının şərəfini qoruyub. 2015-ci ildən “Yuventus”da forma geyinən Mancukiç bu mövsüm heç bir rəsmi oyunda iştirak etməyib. Hücumçunun Turin təmsilçisi ilə 2021-ci ilin yayına qədər müqaviləsi vardı.