İtaliya çempionu “Yuventus” qapıçısı Voyçex Şensnı ilə müqaviləsinin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Polşalı qolkiperin klubla yeni müqaviləsinin müddəti 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Lakin müqavilənin detalları açıqlanmayıb. Bu üzdən də onun qazancında və sərbəstqalma məbləğində hansı dəyişiklərin olduğu bilinmir.

Qeyd edək ki, 29 yaşlı qolkiper “Yuventus”da 2017-ci ildən çıxış edir. London “Arsenal”ının yetirməsi olan Polşa yığmasının üzvü bu komanda ilə yanaşı, “Brentford” və “Roma”da da oynayıb.