Türkiyə millisinin hücumçusu Kenan Yıldız “Yuventus”la müqaviləsinin müddətini uzadıb.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun yeni müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

O, “Yuventus”da 10 nömrə forması ilə çıxış edəcək.

Kenan Yıldız 2022-ci ildən İtaliya klubuna məxsusdur. O, bu müddət ərzində əsas komanda ilə 32 matça çıxaraq 4 qol vurub və 1 qolun ötürməsini edib. Onun “Yuventus”la keçmiş müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.