“Yuventus”un yarımmüdafiəçisi Emre Can Dortmund “Borussiya”sına keçməyə yaxındır.

Rekord.az “Sky Sports”a istinadən xəbər verir ki, dünən keçirilən növbəti danışıqlarda klublar xeyli irəliləyişə nail olublar.

Alman mediası yazır ki, 36 yaşlı Canın transferi 30 milyon avroya başa gələcək. Futbolçu özü isə illik 10 milyon avro qazanacaq.