“Yuventus”dan qapıçısı ilə yeni müqavilə
- 24 Okt 2024 10:30
- 129
İtaliyanın "Yuventus" komandası qapıçısı Mattiya Perinlə müqavilə müddətini artırıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı qolkiper daha 3 il "qoca sinyora"nın şərəfini qoruyacaq.
Perin 2018-ci ildən Turin təmsilçisində çıxış edir. O, cari mövsüm "Yuventus"un heyətində 4 oyunda meydana çıxıb.