"Yuventus"un 121 əməkdaşı karantinə alındı
- 13 Mar 2020 15:30
- 591
"Yuventus"un 121 əməkdaşı könüllü olaraq karantinə alınıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Turin təmsilçisinin futbolçusu Daniele Ruqaninin koronavirusa yoluxmasından sonra bu addım atılıb.
Karantində olanlar sırasında klub prezidenti Andrea Anyelli başda olmaqla rəhbərlik, futbolçular, komanda personalının olduğu bildirilib. Onlar səhiyyə orqanlarının tələblərinə uyğun olaraq, evdə könüllü karantin keçəcəklər.