“Aston Villa” heyətini yeni futbolçularla gücləndirib.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Yuventus”dan mərkəz yarımmüdafiəçisi Enzo Barreneçea və hücumameyilli yarımmüdafiəçi Samuel Aylinq Birmingem klubuna keçib. 23 yaşlı Barreneçea və 20 yaşlı Aylinqin müqaviləsinin hansı müddətə qədər olduğu açıqlanmayıb.

Əvəzində braziliyalı yarımmüdafiəçi Duqlas Luis əks marşrutla – “Aston Villa”dan “Yuventus”a keçib.