“Yuventus”un futbolçusu 3 ay oynamayacaq
- 05 Dek 2019 15:20
- 842
“Yuventus”da bu gün əməliyyat olunan Sami Xediranın sağalma müddəti bəlli olub.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, dizindən əməliyyat olunan 32 yaşlı yarımmüdafiəçi üç aya yaxın yaşıl meydanlardan uzaq qalacaq.
Xediranın növbəti ilin martında məşqlərə başlaması gözlənilir.
2015-ci ildən “Yuventus”da forma geyinən alman yarımmüdafiəçi bu mövsüm A Seriyasında 12 oyuna çıxıb.