“Yuventus”un futbolçusunda koronavirus aşkarlandı
- 12 Mar 2020 12:20
- 513
İtaliyanın “Yuventus” futbol klubunun müdafiəçisi Daniele Ruqani koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
“Yuventus” klubu bu saatlarda qanunla nəzərdə tutulmuş bütün təcrid prosedurlarını, o cümlədən onunla əlaqə saxlayanların siyahıyaalınmasını həyata keçirəcək” - deyə məlumatda bildirilir.
2015-ci ildən Turin kubunda çıxış edən 29 yaşlı futbolçu bu mövsüm A Seriyasında 3 oyuna çıxıb.
Xatırladaq ki, koronavirus epidemiyasına görə İtaliyada bütün futbol yarışları dayandırılıb.