"Zaqatala" ikincic dövrədən etibarən ev oyunlarını yerli olimpiya idman kompleksində keçirməyə davam edəcək.

Rekord.az xəbər verir ki, bir ara klubla sözügedən idman qurğusunun rəhbərliyi arasında problem yaranmışdı.

Problem kompleksdən istifadəyə görə yaranmış borcla bağlı idi. Aldığımız son məlumata görə, problem yoluna qoyulub. Hətta kompleks rəhbərliyi komandaya güzəşt də edib. "Zaqatala" hazırda olimpiya kompleksinin stadionunda gündəlik məşqlərinə davam edir.