"Zaqatala"nın baş məşqçisi "Sumqayıt"a məlubiyyəti şərh etdi
- 04 Dek 2019 21:28
- 872
Ölkə kubokunun 1/8 final mərhələsində "Sumqayıt"a 0:2 hesabı ilə məglub olaraq mübarizəni dayandıran "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki Məmmədov öncə oyunla baglı fikirlərini bölüşüb: "İlk olaraq "Sumqayıt" komandasını təbrik edir və onlara gələcək oyunlarda ugurlar arzulayıram. Çox yaxşı komandadır və iddialı komandalara qarşı da öz oyununu oynaya bilir. Biz də bu oyuna ciddi hazırlaşmışdıq. Sadəcə hava şəraiti bizi çətinə saldı. Xüsusilə də ilk hissədə toa nəzarət eliyə bilmədik. İkinci hissədə buna çalışsaq da yekunda təcrübə öz sözünü dedi. Komandamın oyunundan isə razı qaldım. Düzdür imkanlarımız oldu və istifadə edə bilmədik. Bunu bütünlüklə təcrübəyə baglamazdım. Dünya ulduzları da bəzən 100 faizlik epizoddan qol vura bilmir. Sadəcə bu tip epizodların
Məmmədov I Diviziondakı limitlə bağlı da fikirlərini bölüşüb. Onun fikrincə divizionda tətbiq olunan limitin kubokdakı böyük heablı nəticələrə heç bir dəxli yoxdur: "Başqa komandaları deyə bilmərəm amma şəxsən bizim komandada belə bir problem yoxdur. Cavanlar yaşlılardan zəif deyil. Bizim komandada elə cavanlar var ki sırf öz gücləri hesabına oynayırlar. "Sumqayıt"a qarşı da həmin uşaqlar çox yaxşı oynadılar".