AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda Birinci Liqanın 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Şamaxı” – “Araz Saatlı” oyununda diktor PFL Əsasnaməsinin tələblərini pozduğuna görə “Şamaxı” klubu 50 manat cərimə edilib.

“Şamaxı” – “Araz Saatlı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” klubu 80 manat cərimə edilib.

“Şamaxı” – “Araz Saatlı” oyununun 83-cü dəqiqəsində “Araz Saatlı” klubunun 29 nömrəli futbolçusu Lamin Çam ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Araz Saatlı” klubu 50 manat cərimə edilib.

“Difai Ağsu” – “Zaqatala” oyununun 33-cü dəqiqəsində “Zaqatala” klubunun 8 nömrəli futbolçusu Roini İsmayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Zaqatala” klubu 300 manat cərimə edilib.

MOİK – “İmişli” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə MOİK klubu 80 manat cərimə edilib.

“Mingəçevir” – “Qaradağ Lökbatan” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Mingəçevir” klubu 100 manat cərimə edilib.