AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda 1-ci liqanın 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:


“Cəbrayıl” – “Karvan” oyununda “Karvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” komandası 70 manat cərimə edilib.


“Cəbrayıl” – “Karvan” oyununda “Karvan”ın nümayəndəsi “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Karvan” komandası 50 manat cərimə edilib.


“İmişli” – “Zaqatala” oyununda “Zaqatala” komandasında 6 nəfər sarı vərəqə aldığına görə “Zaqatala” komandası 70 manat cərimə edilib.


“İmişli” – “Zaqatala” oyununun 42-ci dəqiqəsində “Zaqatala” klubunun 12 nömrəli futbolçusu Həsən Həsənli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Zaqatala” klubu 100 manat cərimə edilib.


“Baku Sporting” – “Mingəçevir” oyununda “Baku Sporting” komandasında 5 nəfər sarı vərəqə aldığına görə “Baku Sporting” komandası 70 manat cərimə edilib.


“Baku Sporting” – “Mingəçevir” oyununun 60-cı dəqiqəsində “Baku Sporting” komandasının qapıçı məşqçisi Toğrul Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Baku Sportinq” komandası 100 manat cərimə edilib.


“Difai” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” komandası 70 manat cərimə edilib.