Millimizin əslən Ukraynadan olan karateçisi İrina Zaretska Azərbaycanı səbəbini açıqlayıb.

Rekord.az xəbər verir ki, idmançı bu barədə İnstaqram hesabında paylaşım edib.

İkiqat dünya və Avropa çempionu bildirib ki, 7 il əvvəl yerli federasiyadan dəstək olmadığı üçün bu addımı atıb:

"Müxtəlif səbəblərdən federasiyadan rədd cavabı aldıqdan sonra ya karate ilə vidalaşmalı, ya da başqa federasiyadan gələn təklifi qəbul etməli və karyeramı həmin ölkədə qurmalı idim".