Slovakiyada karate üzrə qran-pri turniri keçirilir.

Rekord.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən İrina Zaretska (68 kq) ikinci mərhələdə uduzub. Tokio-2020-nin gümüş mükafatçısı bürünc medal uğrunda mübarizə aparmaq şansı qazansa da, bu görüşdə də məğlub olaraq, mükafatsız qalıb.

Zaretskadan başqa, 8 azərbaycanlı karateçi xalça üzərinə çıxıb. Onlardan Xumar Əlibəyova (50 kq) və İlahə Qasımova (55 kq) bürünc medal qazanıb.