“Mənim vətandaş mövqeyimlə peşəkar mövqeyim ayrıdır: Rusiya hərbi gəmisi, cəhənnəm ol!”

Rekord.az xəbər verir ki, bunu Azərbaycanın Ukrayna əsilli qadın karateçisi İrina Zaretska “İnstagram” hesabında yazıb.

26 yaşlı idmançı Rusiya prezidenti Vladimir Putin və bu ölkə haqqında təhqiramiz ifadələr işlədib: "Ukrayna mənim vətənimdir. Burada doğulmuşam və yaşayıram. Burada evim, ailəm və dostlarım var. Hazırda ölkəm üçün canım yanır. Müharibə ağrılıdır. Hər gün minlərlə insanın tökülən qanı və göz yaşı, atılan atəşlər, raket partlayışları, insanların yaşadıqları dəhşətlərə, uşaqlara, soyuq zirzəmilərdə və sığınacaqlarda gecələmələrinə acıyıram. Ailəm və dostlarımın həyatına çevrilən bütün dəhşətlər ağrı verir. Bu, bizim torpağımızdır, bizim ölkəmizdir. Dünyanın ən güclü insanları bizdədir. Bunu döyüşlərimizlə dəfələrlə sübut etmişik. Yüzlərlə insan bu təcavüzü yaşayır, milyonlarla insan isə sadəcə susur. Hələlik, bizim yeni döyüşümüz var və əmin olun ki, biz buna tap gətirəcəyik, qalib gələcəyik".

Tokio-2020 Yay Olimpiya Oyunlarının 61 kq-dan yuxarı çəki dərəcəsində gümüş mükafatçısı olan Zaretska həm də 68 kq çəkidə 2 qat dünya və Avropa çempionudur.