Azərbaycan Futzal Federasiyası dünya çempionatının seçmə mərhələ oyunlarında iştirak edən milliyə mükafat verməyib.

Rekord.az xəbər verir ki, qurumun prezidenti Zaur Axundov qərarını dəyişib. Əvvəlcə onun adından futzalçılara 3000 manat mükafat vəd olunsa da, bu rəqəm sonradan 1000-ə endirilib. İndi isə bildirilib ki, Axundov pulu 2 ay sonra verəcək.

Belə ki, dünya çempionatının elit-raundu gələn ilin yanvarında keçiriləcək.

Yığmamız Rusiya, Xorvatiya və Slovakiya ilə qarşılaşacaq. Bu qrupun oyunları yanvarın 27-dən fevralın 5-dək Xorvatiyada təşkil olunacaq.

Federasiya prezidenti komandanın qarşısına qrupdan çıxmaq vəzifəsi qoyub. Milli üzvləri yalnız bu vəzifənin öhdəsindən gələcəyi halda, iki mükafatı bir yerdə alacaqlar. Əks təqdirdə, 1000 manat da əllərindən çıxacaq.(sportinfo.az)